Kirayə GötürQalan Say: 2 ədəd
Yazar: Con Stüart
Kitab adı: Azadlıq Haqqında
Qiymət: günü
20 qəpikKitab haqqında: Con Stüart Mill Müasir Dövr Demokratiyasının Ingilis Nəzəriyyəçiləri Arasında Ən Hörmətli Simalardan Biridir. Millin Atası Ceyms Yeni Liberal Təlim Olan Utilitarizmin Yaradıcısı Ceremi Bentamın Yaxın Dostu Və Məsləkdaşı Idi. Mill Öz Atasından Mükəmməl Klassik Təhsil Almış, Psixologiya Və Roma Hüququnu Isə Müstəqil Öyrənmişdi.
Mill Təxminən 20 Il Şərqi Hind Şirkətində Nəzarətçi Işləməklə Yaşayışı Üçün Çörəkpulu Qazanmışdır. Həmin Dövrdə Və Sonrakı Illərdə Con Mill Müasir Liberal Nəzəriyyəni Inkişaf Etdirən Və Onu Ictimai Həyatın Müxtəlif Sahələrinə Tətbiq Edən Külli Miqdarda Fəlsəfı Əsər Çap Etdirmişdir. Mill Belə Hesab Edirdi Ki, Insan Hüquqları Hər Cür Hörmətə Layiqdir, Təkcə Ona Görə Yox Ki, Bu Hüquqlar Yaranışdan Ona Məxsusdur, Insan Hüquqlarına, Həm Də Ona Görə Hörmət Edilməlidir Ki, Bunlar Cəmiyyətin Sabit Inkişafı Və Ümumi Xoşbəxtliyin Əldə Edilməsi Üçün Zəruridir.
Mill Özünün "Azadlıq Haqqında" (1859), "Nümayəndəli Hökumət Haqqında Düşüncələr" (1861), "Utilitarizm" (1863), "Qadınların Əsarətə Alınması" (1869) Esselərində Fərdi Çoxluğun Tiraniyasından Müdafiə Etməyə Çalışır Və Inandırıcı Şəkildə Sübut Edirdi Ki, Millətin Uğurlu Inkişafı Üçün Dövlət Tərəfındən Siyasi Təqibləri Dayandırmaqla Yanaşı, Cəmiyyətin Şəxsi Həyata Müdaxiləsinə Də Son Qoymaq Gərəkdir.
19-Cu Yüzilliyin Sonlarında Millin Və Onun Sələflərinin Ideyaları İngiltərədə Və Abş-Da Təhsil, Sosial Təminat Sahələrində, Məhkəmə-Islah Sistemində Və Şəxsi Həyatın Hüquqi Müdafiəsində Liberal Islahatların Həyata Keçirilməsi Üçün Ideoloji Əsas Olmuşdur.
Teqlər:
#Con #Stüart #Azadlıq #Haqqında