Əli Şəriəti - Özünüdərk Və Eşşəkləşdirmə
Kirayə Götür

Qalan Say: 2 ədəd
Yazar: Əli Şəriəti
Kitab adı: Özünüdərk Və Eşşəkləşdirmə
Janr: Araşdırma, Din, Elmi-Kütləvi, Fəlsəfə
Qiymət: günü 20 qəpik
Kitab haqqında:
Əli Şəriəti Intellektual Fəaliyyəti Boyunca Iki Qrup Insana Qarşı Mübarizə Aparırdı: Dardüşüncəli Dindar Və Təqlidçi Ziyalılar. Bu Kitabda Şəriəti, Əsasən, Ikinci Qrupdan Söhbət Açır; O Hesab Edir Ki, Şərq Cəmiyyətlərini Iflic Edən, Onları Inkişafdan Saxlayan Əsas Faktorlardan Biri Məhz Təqlidçilikdir.

Şəriəti Kitab Boyu Şərq-Müsəlman Ziyalısının Necə Metamorfoza Uğradığını, Öz Mədəni Kökündən Necə Qopduğunu, Qoparıldığını Analiz Edir. Ürək Ağrısı Ilə Zəngin Şərq Və İslam Mədəniyyətinə Sahib Bu Ziyalıların Heç Bir Ictimai Xəstəliyə Şəfa Vermədiyini Və Qərbin Təqlidçisi Olan Bir “Aydın”A Çevrildiyini Qeyd Edir. Bu Baxımdan Şəriəti Ziyalılıqla Intellektuallığı Fərqləndirir; Ziyalı Kimi Təqdim Olunan Şəxslərin, Əslində, Quru Intellektualdan Başqa Bir Şey Olmadığını Vurğulayır. Ziyalının Isə Cəmiyyətin Xilaskarı, Yolgöstərəni, Bir Mənada Peyğəmbəri Olmalı Olduğunu Deyir.

Şəriəti Şərq, Müsəlman Cəmiyyətinin Gətirildiyi Bu Vəziyyəti Istismar Sözü Ilə Deyil, Özünün Yaratdığı Bir Sözlə Ifadə Edir, Həm Də Mövcud Xəstəliyin Kəskin Diaqnozunu Qoyur: Istihmar – Eşşəkləşdirmə.

Teqlər: #Əli #Şəriəti #Özünüdərk #Və #Eşşəkləşdirmə
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Hamiləliyin əlamətləri