Vüqar Biləcəri - Qərib Xəyal
Kirayə Götür

Qalan Say: 1 ədəd
Yazar: Vüqar Biləcəri
Kitab adı: Qərib Xəyal
Janr: Poeziya
Qiymət: günü 20 qəpik
Kitab haqqında:
Xəyali-Yarə Dalandan Xəyal Olub Getdim,
Cəfayi-Hicr Ilə Aşüftə-Hal Olub Getdim.
Bəsirət Əhli Görər Surət Içrə Mənanı,
O Surətindəki Mənaya Lal Olub Getdim.
Fənaya Meylim Itəndən Bəqa Yolun Tapdım,
Camala Göz Yumub Əhli-Kamal Olub Getdim.
Verildi Rütbə Mənə Asitani-Yara Gəda,
Nə Yaxşı Sahibi-Izzi-Cəlal Olub Getdim.
Qəbuli-Yarda Bir Növbə Vardı, Gəl Görəsən,
Ayaqlar Altda Qalıb Payimal Olub Getdim.
Bağışla, Əhdimi Sındırdım, Ey Həbibi-Əziz,
Üzüm Qaraldı Yanında Bilal Olub Getdim.
Vüqar, Cavab Gələndə Dəhani-Dilbərdən,
Əyildi Qaməti-Sərvim Sual Olub Getdim.

Teqlər: #Vüqar #Biləcəri #Qərib #Xəyal
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Hamiləliyin əlamətləri