Kirayə GötürQalan Say: 1 ədəd
Yazar: Raymon Keno
Kitab adı: Biz Qadınlara Həmişə Nəzakətliyik
Janr: Bədii ədəbiyyat
Qiymət: günü
20 qəpikKitab haqqında: Raymon Keno 20-Ci Əsrin Fransız Poeziyasında Həm Virtuoz-Eksperimentator, Həm Də Nəzəriyyəçi- Reformator Kimi Məşhurluq Qazanıb. O, Yeganə Müasir Yazıçıdır (O Cümlədən Şair Və Ədəbiyyatşünas) Ki, Dillə Oyun Əsasında Öz Yaradıcılığında Da Əksini Tapmış Yeni Bədii Sistem, Yeni Poetik Dil Yarada Bilib. Təkcə Bu Fakt Onu Klassiklərin Siyahısına Salmaq Üçün Kifayətdir, Baxmayaraq Ki, Onun Yaradıcılığı Bütün Ənənələri Dağıtmağa Yönəlmişdi.
Raymon Keno Öz Yaradıcılığında Ikiüzlüləri, Boğazdan Yuxarı , Pafoslu Danışanları, Xalqla Olduğunu Gözə Soxmağa Çalışan, Əslində Isə Onun Önünə Çıxmağa Cürət Etməyənlərə Gülüb. Azərbaycan Ədəbiyyatında M.ə.Sabir Və C.Məmmədquluzadə Öz Ifadələri Ilə Necə Məşhurdusa, Fransada Da Bu Funksiyanı Özündə Daşıyan Onun Yaradıcılığıdır. O, Əsərlərinə Kütlənin Danışıq Tərzini, Dili Yaradan Xalqın Işlətdiyi Söz Və Ifadələri Salmağı Borc Bilib, Ən Adi Fransızın Düşüncə-Danışıq Tərzini Kağız Üzərində Əbədiləşdirməyə Çalışıb. Kenonun Fikrincə, Gülüş- Ən Güclü Silahdır, Həyatın Bütün Çətinliklərinə, Hətta Ölümə Də Qalib Gələ Bilən Qüvvədir.
“Biz Qadınlarla Həmişə Nəzakətliyik”(1947) Əsəri 1916-Cı Ildə Pasxa Bayramının Birinci Günündə Dublində Baş Tutmuş Üsyana Həsr Edilmişdir. Əsər Baş Vermiş Hadisələri Tarixi Nöqteyi-Nəzərdən Heç Də Düzgün Təsvir Etmir . Guya Ki, Mövcud Olmuş Irland Yazıçısı Salli Maranın Adından Yazılıb Və Bu Təxəllüs Altında Nəşr Edilmiş Kitaba Daha Iki Əsər Də Daxildir. Onlardan Daha Biri – “Salli Maranın Intim Gündəliyi”(1950) Adlı Faciəvi-Avtobioqrafik Romandır.
Teqlər:
#Raymon #Keno #Biz #Qadınlara #Həmişə #Nəzakətliyik